Son araşdırmalara görə, Günəş sisteminə yaxın məsafədə yerləşən yeni bir super-Yer tipli planet aşkar edilib. Bu planet GJ 3378b adlanır və təxminən 25 işıq ili uzaqlıqdadır. Alimlər onun maye suya sahib ola bilmə ehtimalını araşdırıblar.
GJ 3378b öz ulduzunun yaşana bilən zonasındadır və orbitini 21,4 günə tamamlayıb. Aparılan yeni ölçmələr planetin kütləsinin Yerin təxminən 2,3 qatı olduğunu göstərib ki, bu da onun qayalı quruluşa malik olma ehtimalını artırıb. Lakin planetdə atmosferin olub-olmaması hələ dəqiq məlum deyil. Bu kəşf kosmosda həyat axtarışı baxımından böyük əhəmiyyət daşıyır. GJ 3378b gələcək teleskop müşahidələrinin əsas hədəflərindən biri hesab olunub. Alimlər gələcək tədqiqatların bu planet haqqında daha dəqiq məlumat verəcəyinə ümid edirlər.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
