Fransada uzun müddətdir davam edən güclü istilər ev heyvanlarının sağlamlığı üçün ciddi təhlükə yaradır. Baytarlar bildirirlər ki, sahiblərin gec reaksiya verməsi və profilaktik tədbirlərin görülməməsi riskləri artırır.

Foto: rg.ru
Paris yaxınlığında artıq çəkili Kleo adlı pişik ağır nəfəs alma, susuzluq və narahatlıq əlamətləri ilə baytar tərəfindən müalicə olunub. Həkim bildirib ki, vaxtında müdaxilə edilməsəydi, onun vəziyyəti yaxın 24 saat ərzində kəskin pisləşə bilərdi.
Təcili müraciətlərin sayı itlər arasında da artır. 16 yaşlı koker-spaniel Qoldidə hipertermiya, ağır anemiya və qarın nahiyəsində güclü ağrı aşkarlanıb. Baytar onun vəziyyətinin istilik vurması nəticəsində yaranan çoxorqan çatışmazlığı və ya daxili qanaxma ilə bağlı ola biləcəyini bildirib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, xüsusilə bala, yaşlı və artıq çəkili heyvanlar yüksək risk altındadır. İyunun ortalarından bəri Fransanın 3115 təcili baytarlıq xidməti təcili gətirilən heyvanlar arasında ölüm hallarının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10% artdığını açıqlayıb.
Mənbə: ru.euronews
Tərcümə etdi: Aysel Mehtizadə
