Bu gün:

"Baharın 17 anı" filminin tanınmış latviyalı aktyoru vəfat edib


150-yə yaxın filmdə rol alan tanınmış latviyalı kinoaktyor Paul Butkeviç 85 yaşında vəfat edib.

24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə LSM xəbər portalı məlumat yayıb.

Aktiyor postsovet məkanında daha çox sovet kino layihələrində, o cümlədən "Baharın 17 anı" və "Qardemarinlər, irəli!" çoxseriyalı filmləri ilə məşhurluq qazanıb. O, həmçinin "Dyunalarda uzun yol", "Yarımçıq qalmış şam yeməyi", "İlğim" filmlərində və digər ekran əsərlərində çəkilib.

Butkeviç karyerası ərzində müxtəlif ölkələrin kino istehsalında iştirak edib, 150-dən çox tammetrajlı film və televiziya layihələrində çıxış edib.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et