Bu gün:

Emin Əmrullayev Kəlbəcərin yeganə məzununun "Son zəng"ində iştirak edib


İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev

Kəlbəcər rayonu B. Cəfərov adına 1 nömrəli tam orta

ümumtəhsil məktəbində keçirilən "Son zəng"

tədbirində iştirak edib.

24media.az APA-ya istinadən xəbər verir ki,Nazirlikdən APA-ya verilən xəbərə görə, nazir

məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı

məzun olması münasibətilə təbrik edib, ona gələcək

təhsil həyatında uğurlar arzulayıb.

Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə

təhsilin bərpası istiqamətində görülən işlərdən,

Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən

danışılıb.

Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı "Son

zəng" proqramı ilə yekunlaşıb.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et