Bu gün:

Bəhreyndə sirenlər işə düşüb


Küveytdə raket və pilotsuz uçuş aparatlarının hücumu ilə bağlı təhlükə yaranıb. Hadisədən sonra Bəhreyndə də xəbərdarlıq sirenləri işə düşüb. Rəsmi qurumlar əhalini sakit olmağa və təhlükəsiz yerlərə keçməyə çağırıblar.

Bəhreyn Daxili İşlər Nazirliyi sirenlərin aktivləşdirildiyini açıqlayıb. Vətəndaşlara və ölkədə yaşayan xarici şəxslərə ən yaxın təhlükəsiz sığınacaqlara getmək tövsiyə olunub. Eyni zamanda, hadisələrlə bağlı məlumatların yalnız rəsmi mənbələrdən izlənilməsi istənilib. Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin fəaliyyətə başladığını bildirib. Bu addım ölkəyə yönələn raket və PUA hücumları ilə əlaqələndirilib. 

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et