Aktyor Vüqar Hacıyev “Vaqif” obrazının canlandırılmasını unudulmaz an kimi dəyərləndirib.
24Media.az AZƏRTAC-a istinadən xəbər verir ki, dahi şair Səməd Vurğunun yaradıcılığı 7-dən 77-yə hər kəsin dilində əzbərdir və onun zəngin ədəbi irsinin qorunaraq bu günə qədər gəlib çatması qürur mənbəyidir.
Bunu Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən aktyor Vüqar Hacıyev bildirib.
O qeyd edib ki, Səməd Vurğunun yaradıcılığına həsr olunan gecədə çıxış etmək onun üçün unudulmaz anlardan biri olub.
Aktyor “Vaqif” poemasının qəhrəmanı Vaqif obrazını canlandırmağın və şairin şeirlərini səsləndirməyin xüsusi fəxr hissi yaşatdığını vurğulayıb.
Aylin Bayraməliyeva
