Yeni bina müasir texnologiyalar və yüksək funksionallıqla diqqət çəkir.
24Media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.
Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, paytaxtın Heydər Əliyev prospektində yerləşən yeni bina müasir şəhərsalma prinsiplərinə uyğun inşa olunub və yüksək funksionallığa malikdir.
Prezident İlham Əliyev milli pul nişanlarının tarixi, dizaynı və inkişaf mərhələlərini əks etdirən sərgi ilə tanış olub.
Məlumata görə, 35 mərtəbədən ibarət binada 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları yaradılıb.
Binada əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin rahat hərəkəti üçün şərait təmin olunub.
Həmçinin 25 görüş otağı, 340 nəfərlik yeməkxana və 240 nəfərlik konfrans zalı istifadəyə verilib.
Yeni inzibati binada müasir informasiya sistemləri quraşdırılıb, enerji səmərəliliyini təmin edən ağıllı işıqlandırma və sensor texnologiyalar tətbiq olunub.
Aylin Bayraməliyeva
