Bu gün:

NATO Ukraynaya yeni hərbi yardım paketi hazırlayır


Alyans Ukraynaya milyardlarla avroluq yeni dəstək mexanizmini nəzərdən keçirir.24Media.az “Politico”ya istinadən xəbər verir ki, NATO liderlərinin növbəti sammitində müzakirə olunacaq əsas məsələlərdən biri Ukraynaya hərbi yardımla bağlı olacaq.

Məlumata görə, NATO ölkələri Ukraynaya 70 milyard avro dəyərində yeni hərbi yardım paketinin ayrılması imkanını nəzərdən keçirir və bu yardımın gələn ay alyansın Ankarada planlaşdırılan sammiti zamanı açıqlanması nəzərdə tutulur.

NATO diplomatlarının bildirdiyinə görə, Almaniyanın ötən ay irəli sürdüyü təklif Ukraynanın maliyyələşdirilməsində şəffaflığın artırılmasını nəzərdə tutan yeni mexanizmi də əhatə edir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et