Bu gün:

Gəncədə “Avropa Şəhərciyi - 2026” tədbiri start götürüb


Aİ və Azərbaycan arasında 30 illik tərəfdaşlıq çərçivəsində şəhərdə geniş tədbir proqramı təşkil olunub.24Media.az APA-ya istinadən xəbər verir ki, Gəncədə Avropa İttifaqının “Avropa Şəhərciyi - 2026” tədbirinin açılış mərasimi keçirilib.

Açılış mərasimi şəhərin Heydər Əliyev meydanında “Avropa Şəhərciyi” çərçivəsində baş tutub.

Qeyd olunub ki, Azərbaycanla 30 illik tərəfdaşlıq mövzusunda keçirilən tədbir Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən üzv dövlətlərin səfirlikləri ilə əməkdaşlıq çərçivəsində, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Niderland, Polşa, Rumıniya, Slovakiya, İspaniya və İsveçdən nümayəndələr iştirak ediblər.

Qonaqlar Aİ-yə üzv ölkələrin çadırlarını ziyarət edərək müxtəlif proqramlarla tanış olublar.

Açılış mərasimində Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç çıxış edərək “Avropa Şəhərciyi”nin Azərbaycan ictimaiyyəti üçün Aİ-ni tanımaq baxımından əhəmiyyətini vurğulayıb.

O bildirib ki, 1996-cı ildən bəri kənd təsərrüfatı, biznesin inkişafı, səhiyyə, təhsil və ətraf mühit daxil olmaqla bir çox sahələrdə yüzlərlə layihə həyata keçirilib.

Tədbir çərçivəsində Heydər Əliyev parkında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və səfirlərin iştirakı ilə ağacəkmə aksiyası da təşkil olunub.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et