Bu gün:

Türkmənistanda Azərbaycan memarlığına həsr olunan tədbir keçirilib


Əcəmi Naxçıvaninin 900 illiyi çərçivəsində görkəmli memarın yaradıcılığı müzakirə olunub.24Media.az Report-a istinadən xəbər verir ki, Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistan Dövlət Memarlıq və İnşaat Universitetində Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.

Moderator, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Əcəmi Naxçıvanini orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət verən böyük sənətkar kimi xarakterizə edib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, professor Rahibə Əliyeva “Əcəmi Naxçıvani və klassik Azərbaycan memarlığı” mövzusunda məruzə ilə çıxış edib.

Çıxışlarda qeyd olunub ki, Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin inkişafında mühüm yer tutur. Onun yaratdığı Möminə xatın məqbərəsi və Yusif Küseyir oğlu türbəsi türk-islam memarlığının nadir nümunələri kimi dəyərləndirilir.

Daha sonra Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Məmmədov “Səlcuq memarlığı və Əcəmi Naxçıvani” mövzusunda çıxış edib.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et