Neftçi İdman Klubunun boksçusu Nuray Sərdar qızı Qafarova növbəti uğuruna imza atıb.
14 mart 2012-ci il təvəllüdlü idmançı artıq 2 il 5 aydır ki, boksla peşəkar şəkildə məşğul olur və qısa müddətdə mühüm nailiyyətlər əldə edib. Nuray Qafarova 2025-ci ildə 48 kq çəki dərəcəsində keçirilən Azərbaycan birinciliyində bütün rəqiblərini geridə qoyaraq respublika çempionu adına layiq görülüb. O, həmin il Serbiyada keçirilən U15 Gimnazia yarışlarında da uğurla çıxış edərək gümüş medal qazanıb və ikinci yeri tutub.
Gənc boksçu 2026-cı ildə də yüksək nəticələrini davam etdirib. Bu dəfə 52 kq çəki dərəcəsində mübarizə aparan Nuray Qafarova üç döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib. Nəticədə o, ikinci dəfə Azərbaycan çempionu adını qazanıb.
Qeyd edək ki, Nuray Qafarovanın əldə etdiyi nailiyyətlər onun gələcəkdə beynəlxalq arenalarda da ölkəmizi uğurla təmsil edəcəyinə böyük ümidlər yaradır. Gənc idmançının uğurları Azərbaycan boksunun inkişafına töhfə verməklə yanaşı, yeniyetmə idmançılar üçün də nümunə hesab olunur.
Hazırladı: Nuray Mürsəlova
