Bu gün:

I sinfə qəbul prosesində yeni mərhələ başlayır


Bir sıra məktəblərdə boş qalan yerlərə sərbəst seçim əsasında qəbul aparılacaq.24Media.az Report-a istinadən xəbər verir ki, iyunun 5-i saat 11:00-dan etibarən uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.


Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.


Bildirilib ki, həmin tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.


Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.


Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et