Bu gün:

Səudiyyə Ərəbistanı WUF13-də iştirak edəcək


Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasında (WUF13) Səudiyyə Ərəbistanı nümayəndə heyətinə ölkənin bələdiyyələr və mənzil-tikinti naziri Məcid bin Abdullah əl-Hoqayl rəhbərlik edəcək.

Səudiyyə Ərəbistanının bələdiyyələr və mənzil-tikinti naziri Məcid bin Abdullah əl-Hoqayl
24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi dövlət xəbər agentliyi məlumat yayıb.

Səfərin məqsədi şəhərsalma, mənzil siyasəti və dayanıqlı şəhər inkişafı sahələrində beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et