İsrail ordusunun Qəzza zolağına hücumları davam edir. Bu hücumlar nəticəsində minlərlə insan həyatını itirib və yaralanıb. Qəzzadakı Səhiyyə Nazirliyi son məlumatları ictimaiyyətə təqdim edib.
Məlumata görə, 2023-cü ilin oktyabr ayından bəri ölənlərin sayı 72 min 737 nəfərə çatıb. Yaralananların sayı isə 172 min 539 nəfər olub. Atəşkəs dövründə belə hücumların davam etdiyi və dağıntılar altında hələ də çoxlu insanın qaldığı bildirilib. Qəzzada baş verən hadisələr dünya ictimaiyyətində ciddi narahatlıq yaradıb. Mülki insanların həyatını itirməsi humanitar vəziyyəti daha da ağırlaşdırır. Münaqişənin dayandırılması və bölgədə sülhün təmin olunması vacib hesab olunub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
