Bu gün:

18 min turist Kapadokyanı səmadan seyr edib


Pəri bacaları, tarixi qayalara oyulmuş tikililəri, təbii qaya birləşmələri ilə örtülmüş dərələri və s. alternativ tur fəaliyyətləri ilə turistlərin üz tutduğu Kapadokyada, əm əsas isti hava balon turuna, Mart ayında 18min 973 yerli və əcnəbi turist qatıldı.

Nevşehir Valiliyindən verilən açıqlamaya görə, Türkiyənin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Kapadokyada mart ayı ərzində 10 gün ərzində 935 İsti Hava Balonu uçuşu həyata keçirilib.

Mart ayında cəmi 10 hava balonu havaya qalxıb və 18 973 yerli və xarici turist bölgənin gözəlliklərini quşbaxışı ilə seyr edib.

Ötən ilin eyni ayında 15 gün ərzində uçuşlar mümkün olub və tura 27 min 431 turist qatılıb. Mülki Aviasiya Baş Müdirliyinin Kapadokya Slot Mərkəzinin icazə verdiyi günlərdə isti hava balonu ilə havaya qalxan turistlər səhər tezdən havaya qalxan pəri bacalarını, dərələri və açıq hava muzeylərini səmadan görmək imkanı əldə edirlər.

Tərcümə: Sayad Qoşnalıyeva

Mənbə: Milliyet

Paylaş
Şərh əlavə et