Atlantik okeanında kiçik kruiz gəmisində hantavirus xəstəliyi yayılması nəticəsində üç nəfər həyatını itirib, bir Böyük Britaniya vətəndaşının isə xəstəxanada ağır vəziyyətdə olduğu bildirilib.
"MV Hondius" gəmisi Argentina istiqamətindən Kabo-Verdeye doğru üzərkən
24media.az “BBC News”a istinadən xəbər verir ki, Hollandiya şirkəti hazırda Yohannesburq şəhərində reanimasiya şəraitində müalicə alan 69 yaşlı britaniyalı kişinin analizlərində hantavirus xəstəliyinin təsdiqləndiyini bildirib.
Xəstəliyin gizli inkişaf dövrünün adətən 1–8 həftə çəkməsi yoluxmanın gəmi yola düşməzdən əvvəl, yəni Argentinada təchizat prosesində və ya limanda baş vermiş ola biləcəyini göstərir. Bu səbəbdən simptomlar okeanın ortasında qəfil üzə çıxa bilər və bu xüsusiyyət virusun mənbəyini müəyyənləşdirməyi, eləcə də karantin müddətini təyin etməyi çətinləşdirir.
Nərmin Nəcəfova
