İran Prezidenti Məsud Pezeşkiyan ABŞ-nin siyasətinə dair sərt mövqe bildirib. O, təzyiq və mühasirə şəraitində aparılan danışıqları qəbul etməyəcəklərini vurğulayıb. Bu açıqlama regionda artan gərginlik fonunda diqqət çəkib.
Pezeşkiyan qeyd edib ki, danışıqlar yalnız qarşılıqlı hörmət və etimad əsasında mümkündür. ABŞ-nin hərbi və iqtisadi təzyiqləri diplomatik prosesə maneə yaradır. Eyni zamanda Pakistan tərəfi də gərginliyin azaldılması üçün diplomatik səyləri dəstəklədiyini bildirib. Mövcud vəziyyət region üçün olduqca həssas hesab olunub. Tərəflərin yanlış addımları daha böyük böhrana səbəb ola bilər. Buna görə də dialoq və beynəlxalq hüquqa əsaslanan yanaşma vacib sayılıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
