Bu gün:

Tramp Uitkoff və Kuşnerin İslamabada səfərini ləğv edib


ABŞ Prezidenti Donald Tramp İranın danışıqlardakı mövqeyinə görə elçiləri Stiv Uitkoff və Cared Kuşnerin İslamabada səfərini ləğv edib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə o, “Axios”un müxbiri Barak Ravidlə telefon danışığında deyib.

“Hazırkı vəziyyətdə onları 18 saatlıq uçuşa göndərməyin mənasını görmürəm. Bu, çox uzundur. Biz bunu telefonla da edə bilərik. İranlılar istəsələr bizə zəng edə bilərlər. Biz sadəcə orada oturmaq üçün səyahət etməyəcəyik”, - deyə Tramp bildirib. O, hələ müharibəni başlatmaq barədə düşünmədiyini deyib.  

Piranə Xasiyeva

Paylaş
Şərh əlavə et