Twitter/X platformu maliyyə dünyası ilə inteqrasiyaya doğru mühüm addım atıb. Elon Muskın “hər şeyin tətbiqi” vizyonu bu yeniliyin əsasını təşkil edib. Yeni funksiyalar sosial media ilə investisiya imkanlarını bir araya gətirib.
Cashtags funksiyası istifadəçilərə paylaşımlardan çıxmadan səhm və kripto bazarını izləməyə imkan verib. İstifadəçilər $ işarəsi ilə yazılan simvollara klik edərək canlı qiymət qrafiklərini görə biliblər. Wealthsimple əməkdaşlığı sayəsində bəzi istifadəçilər birbaşa tətbiq daxilində alqı-satqı əməliyyatı həyata keçirə bilib. Bu yenilik X platformasını maliyyə yönümlü “super tətbiq”ə çevirməyi hədəfləyib. Sistem hələlik məhdud bölgələrdə istifadəyə verilsə də, gələcəkdə geniş yayılması planlaşdırılıb. Beləliklə, sosial media və maliyyə sahələrinin birləşməsi yeni imkanlar yaradıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
