Rəsmilərin qəsdən edilmiş hücum kimi təsvir etdikləri hadisə nəticəsində, BMT patrulunun Cənubi Livanda atəşə tutulması nəticəsində bir fransız sülhməramlısı öldürülüb, üç nəfər isə yaralanıb.
Cənubi Livanda hücuma məruz qalan BMT sülhməramlılarının patrul maşını
24media.az “BBC News” saytına istinadən xəbər verib ki,hərbiçi Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrində xidmət edib.
Fransa prezidenti Emmanuel Makron hücumda Hizbullahı günahlandırıb. İranın dəstəklədiyi silahlı qruplaşma hadisə ilə "heç bir əlaqəsinin olmadığını" bildirərək bunu rədd edib.
Hücum İsrail və Hizbullah arasında 2 martda yenidən alovlanan toqquşmaların davam etdiyi və 16 apreldə elan olunan 10 günlük atəşkəs rejiminin qüvvədə olduğu gərgin dövrdə baş verib.
Nərmin Nəcəfova
