İran Hürmüz boğazı ilə bağlı yeni qərar qəbul edib. Bu qərar bölgədəki gərginliyin artması fonunda verilib. Rəsmi açıqlama İran Silahlı Qüvvələrinin Hatemül Ənbiya Mərkəzi Qərargahı tərəfindən yayılıb.
Bildirilib ki, İran əvvəlki razılaşmaya əsasən bəzi mülki gəmilərin məhdud keçidinə icazə vermişdi. Lakin ABŞ-ın öhdəliklərinə əməl etmədiyi və dəniz ablukasını davam etdirdiyi qeyd olunub. Buna görə də Hürmüz boğazının yenidən bağlandığı və ciddi nəzarət altına alındığı vurğulanıb. İran tərəfi bildirib ki, vəziyyət dəyişməyənə qədər bu nəzarət davam edəcək. ABŞ-ın sərbəst gəmiçilik qaydalarına əməl etməsi tələb olunur. Əks halda bölgədə gərginliyin daha da artacağı istisna edilmir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
