Bu gün:

Hörmüz boğazı açılıb


Hörmüz boğazının açılması ilə bağlı İran tərəfindən mühüm açıqlama verilib. Bildirilib ki, atəşkəs müddətində ticarət gəmilərinin boğazdan keçidinə icazə veriləcək. Bu qərar regionda iqtisadi və siyasi vəziyyətə təsir göstərən əsas hadisələrdən biri hesab olunur.

İran Xarici İşlər Naziri Abbas Əraqçi sosial media paylaşımında qərarın yalnız atəşkəs dövrü ilə məhdud olduğunu vurğulayıb. Açıqlamadan sonra dünya bazarında neftin qiyməti əhəmiyyətli dərəcədə azalaraq təxminən 90 dollar səviyyəsinə düşüb. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp İranın bu addımını müsbət qiymətləndirərək təşəkkür edib. Bütün bunlar göstərirb ki, Hörmüz boğazının açılması qlobal iqtisadiyyata birbaşa təsir edir. Atəşkəsin davamlı olub-olmayacağı isə regionun gələcək sabitliyi üçün həlledici amildir. Ümumilikdə, bu qərar həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et