Bu gün:

Avropada təyyarə yanacağı tükənə bilər – ehtiyatlar cəmi 6 həftəlik qalıb


Avropada təyyarə yanacağı ehtiyatlarının cəmi altı həftəyə çata biləcəyi bildirilib. Beynəlxalq Enerji Agentliyi rəhbəri Fatih Birolun sözlərinə görə, Yaxın Şərqdən idxalın əvəzlənməsi mümkün olmazsa, iyun ayında ciddi çatışmazlıq yaranıb.

İranın Hörmüz boğazı üzərindən daşımaları dayandırması vəziyyəti daha da ağırlaşdırıb. Bu marşrut körfəz bölgəsindən təyyarə yanacağının əsas çıxış yolu hesab olunur. Nəticədə qiymətlər kəskin artıb və yaxın vaxtlarda reyslərin ləğv edilə biləcəyi xəbərdarlığı edilib.

Ekspertlər bildirir ki, Avropa hazırda ABŞ və Nigeriyadan alternativ tədarük axtarır. Lakin bu mənbələr itirilmiş yanacağın yalnız yarısından bir qədər çoxunu əvəz edə bilir. Əgər 50%-dən çox əvəzləmə mümkün olmazsa, bəzi hava limanlarında real yanacaq qıtlığı yaranıb və uçuşlar dayandırılıb.

Hətta tədarükün 75%-i bərpa olunsa belə, yay aylarında problem yenə də davam edə bilər. Böyük hava limanlarının (məsələn, Londonun əsas hava limanları kimi) prioritet alacağı, kiçik hava limanlarında isə daha ciddi çətinliklərin yaşanacağı gözlənilir.

Artan yanacaq qiymətləri aviaşirkətlərə də təsir edib. Məsələn, EasyJet əlavə xərclərlə üzləşib, KLM isə Avropada 160 reysi ləğv edəcəyini açıqlayıb. Bu isə böhranın aviasiya sektoruna təsirinin getdikcə artdığını göstərib.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et