Bu gün:

Arda Gülərdən Çempionlar Liqasında 5 tarixi rekord


Arda Güler UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Bayern Munich-ə qarşı keçirdiyi cavab oyununda parlaq performans göstərərək Avropa futbol gündəmini silkələyib. Real Madrid formasıyla meydana çıxan 21 yaşlı yarımmüdafiəçi iki dəfə fərqlənərək həm statistik, həm də tarixi baxımdan unudulmaz gecəyə imza atıb.

Arda Gülər Çempionlar Liqasında vurduǧu qollardan birinə bu tərzdə sevinib.

24media.az, sporx.com-a istinadən bildirir ki, Gülərin xüsusilə oyunun ilk saniyələrində uzaq məsafədən vurduğu dəqiq zərbə matçın gedişatını dəyişdirən əsas epizodlardan biri olub. O, daha sonra cərimə zərbəsindən vurduğu qolla üstün performansını davam etdirib.

Arda Gülərin qırdığı 5 rekord:

1.Çempionlar Liqasında Real Madrid tarixində ən erkən qol (35-ci saniyə) müəllifi olub.

2.Bayern Münhen üçün Çempionlar Liqasında ən tez buraxılan qol qeydə alınıb.

3.Cari mövsüm UEFA Çempionlar Liqasında ən erkən qol rekordunu yeniləyib.

4.Turnirin tarixində ən erkən qol rekordu (10-cu saniyə) hələ də Roy Makaaya məxsus olaraq qalır.

5.Cərimə zərbəsindən qol vuran ən gənc futbolçulardan biri kimi ÇL tarixində adını yazdırıb və bu göstəricidə Alessandro Del Pieronu geridə qoyub.

Gənc türk ulduzunun həm texniki bacarığı, həm də oyun intellekti bu qarşılaşmada maksimum səviyyədə ortaya çıxıb. Xüsusilə standart vəziyyətlərdəki effektivliyi və yüksək tempdə qərarvermə qabiliyyəti onun Avropa futbolunda gələcək üçün nə qədər böyük potensiala malik olduğunu bir daha təsdiqləyib.

Bu performans Arda Güləri Çempionlar Liqasının ən çox danışılan adlarından birinə çevirib və onun “Real Madrid”dəki rolunu daha da gücləndirib.

Ömər Cəfərov

Paylaş
Şərh əlavə et