Bu gün:

​"Mançester Siti"nin kapitanı Bernardo Silvadan yeni açıqlama gəlib


"Mançester Siti"nin kapitanı Bernardo Silvanın müqavilə müddəti başa çatdıqdan sonra, cari mövsümün sonunda klubu tərk edəcəyi bildirilib.

"Mançester Siti"nin ulduz futbolçusu Bernardo Silvanın Çempionlar Liqası kuboku ilə çəkilmiş fotosu

24media.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə futbolçunun özü "İnstagram" hesabı vasitəsilə azarkeşlərinə bildirib. 31 yaşlı yarımmüdafiəçi 2017-ci ildə "Monako"dan transfer olunduğu gündən bəri "şəhərlilər"in heyətində 451 oyuna çıxıb, 76 qol vurub və 77 uğurlu ötürmə ilə yadda qalıb.

Təcrübəli oyunçu klubdakı karyerası ərzində 15 böyük titul, o cümlədən 2022-23 mövsümündə "Trebl" (üçlük) və 6 Premyer Liqa çempionluğu qazanıb. Silva vida mesajında qeyd edib ki, əldə olunan uğurlar onun qəlbində hər zaman xüsusi yer tutacaq: "Mən bura bir oyunçu kimi gəldim, amma bir azarkeş kimi ayrılıram".

Qeyd edək ki, Bernardo Silva klub tarixində ən çox oyuna çıxan ilk 10 futbolçu siyahısına daxil olan müasir dövrün yeganə oyunçusudur. Kevin de Brüyne ayrıldıqdan sonra kapitanlıq sarğısını daşıyan Silva komandasının uğurlarında mühüm rol oynayıb.

Hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşan "Mançester Siti" aprelin 25-də FA Kubokunun yarımfinalında "Sauthempton"la qarşılaşacaq. Bu, Silvanın komandası ilə qazana biləcəyi sonuncu kuboklardan biri ola bilər.


Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et