"Real Madrid" forması geyinən 21 yaşlı Türkiyəli futbolçu Arda Gülər UEFA Çempionlar Liqasının 1/4 finalında "Bayern Münhen"ə vurduğu 2 qolla 5 rekord qırıb və Avropa mediasının gündəminə düşüb.
Türkiyəli futbolçu Arda Gülər
Avropa futbolunun klub səviyyəsində bir nömrəli turnirinin 1/4 final oyununda "Bayern Münhen"ə uduzan "Real Madrid"də futbolçu cavab matçında iki dəfə fərqlənib.
"Reuters" xəbər agentliyi yazıb ki: “Uğurlu 5 qolun vurulduğu ilk yarının cəmi 35-ci saniyəsində "Real Madrid" hesabı açıb. 21 yaşlı Gülər 29-cu dəqiqədə cərimə zərbəsindən Neuerin üzərindən topu qapıya göndərib və "Real Madrid" 2-1 hesabı ilə önə keçib”.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
