Qleyson Bremer "Barselona"nın müdafiəsini gücləndirmək üçün prioritet variantlardan birinə çevrilib.

Vesti.kz-nin məlumatına görə Kataloniya klubu yeni La Liqa mövsümünün başlaması öncəsi müdafiə xəttini gücləndirməyə çalışır və "Yuventus"-un mərkəz müdafiəçisi baş məşqçi Hansi Flikin sisteminə ən uyğun namizədlərdən biri kimi görünür.
Bremerə maraq təkcə klub rəhbərliyindən deyil, həm də komanda daxilindən gəlir - onun namizədliyini Braziliya milli komandasında oynadığı dövrdən bəri oyunçu ilə yaxşı tanış olan Rafinya dəstəkləyir. Ətrafı onun fiziki gücünün, sürətinin və duellərdə etibarlılığının "Barselona"-nın tələbləri üçün ideal olduğuna inanır.
Zeynəb Şahmarova
