Bu gün:

İran limanlarına tətbiq edilən blokada ticarət axınını tam dayandırıb


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın limanlarına yönəlmiş blokadanın ölkənin iqtisadi fəaliyyətlərini tamamilə dayandırdığını bildirib.

Hörmüz boğazı

Komandanlığın rəhbəri admiral Bred Kuper ABŞ-də yerləşən "X" sosial media platformasında məsələ ilə bağlı açıqlama verib. O, ABŞ qüvvələrinin İran limanlarına qarşı tam blokada tətbiq etdiyini qeyd edib.

Kuperin sözlərinə görə, İran iqtisadiyyatının təxminən 90 faizi dəniz yolu ilə həyata keçirilən beynəlxalq ticarətdən asılıdır.

ABŞ Prezidenti Donald Tramp isə İranla Pakistanda aparılan danışıqların uğursuzluqla nəticələnməsindən sonra açıqlama verib. O, Hörmüz boğazında blokada prosesinə başlanacağını bildirib.

Mənbə: CNN

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et