ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell may ayında vəzifədən getməyəcəyi təqdirdə onu işdən çıxara biləcəyini bildirib.

Tramp və Pauell arasında əsas gərginlik faiz dərəcələrinin aşağı salınması ilə bağlıdır. Pauell bu məsələdə ehtiyatlı mövqe tutur, Tramp isə faizlərin endirilməsini istəyir.
Pauellin səlahiyyət müddəti 15 mayda başa çatır. O isə Senat tərəfindən yeni namizəd Kevin Vorş təsdiqlənənə qədər vəzifədə qalmağı planlaşdırır. Senator Tom Tillis isə bu təyinatın qarşısını ala biləcəyini bildirib.
Mübahisə həm də Federal Ehtiyat Sisteminin binasının yenidən qurulması ilə bağlı araşdırma ilə bağlıdır. Tramp layihədə böyük məbləğdə vəsaitin xərcləndiyini iddia edib.
Qeyd edək ki, Tramp Pauelli vəzifədən azad etsə, bu ABŞ tarixində yaşanan ilk olacaq. Pauell 2017-ci ildə Tramp tərəfindən təyin olunub. 2021-ci ildə isə yenidən vəzifədə saxlanılıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
