UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Atletiko Madrid” öz meydanında “Barselona” ilə qarşılaşıb.
“Metropolitano” stadionundan qeydə alınan kadrlar
24media.az sporx.com-a istinadən bildirir ki, “Riyadh Air Metropolitano” stadionunda keçirilən qarşılaşma yüksək temp və gərgin mübarizə ilə yadda qalıb. “Barselona” oyuna fəal başlayıb və erkən dəqiqələrdə hesabda üstünlük qazanıb.
4-cü dəqiqədə Lamine Yamal fərqlənərək komandasını önə keçirib. 24-cü dəqiqədə isə Ferran Torres daha bir qol vuraraq hesabı 2:0 edib və iki oyunun ümumi nəticəsini bərabərləşdirib.
Lakin 31-ci dəqiqədə Ademola Lookman hesabı 2:1-ə çatdırıb və “Atletiko Madrid” yenidən ümumi hesabda üstünlüyü ələ alıb.
Birinci hissənin sonlarına doğru Ferran Torres daha bir dəfə fərqlənsə də, VAR yoxlamasından sonra qol ofsayd səbəbilə qeydə alınmayıb. Bundan əlavə, Eric García qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
İkinci hissədə hesab dəyişməyib və görüş “Barselona”-nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyunda 2:0 hesabı ilə qalib gələn “Atletiko Madrid” iki oyunun yekununda 3:2 üstünlük əldə edərək yarımfinala yüksəlib.
Diego Simeonenin rəhbərlik etdiyi kollektiv növbəti mərhələdə Sporting CP – Arsenal FC cütünün qalibi ilə üz-üzə gələcək.
Yarımfinal mərhələsinin ilk oyunları 28-29 aprel, cavab qarşılaşmaları isə 5-6 may tarixlərində keçiriləcək.
Turnirin final oyunu isə mayın 30-da Puskás Aréna stadionunda baş tutacaq.
Bu nəticə ilə “Barselona” qələbə qazansa da, turnirlə vidalaşıb, “Atletiko Madrid” isə mübarizəni davam etdirib.
Ömər Cəfərov
