“Fənərbaxça”nın kürək komandası Türkiyə Kubokunda böyük uğura imza ataraq həm kişi, həm də qadınlar arasında çempionluq sevinci yaşayıb.

Həm qadın, həm kişi komandadan üzvlər
27–29 mart tarixlərində Adanada keçirilən yarışlarda sarı-lacivərtlilər kişilərdə 888 xalla ən yaxın rəqibini 372 xal qabaqlayıb, qadınlarda isə 500 xalla rəqibini 262 xal geridə qoyaraq turniri zirvədə tamamlayıb.
Uğuru dəyərləndirən baş məşqçi Abdullah Duman bildirib ki, həm qadınlar, həm də kişilər üzrə Türkiyə Kubokunu qazanmaq komanda üçün böyük qürur mənbəyidir. O qeyd edib ki, “Fənərbaxça” kürək komandası ölkədaxili yarışlarda artıq brendə çevrilib və bu uğurların davamlı xarakter daşıdığını vurğulayıb.
Duman, həmçinin komandanın əsas hədəfinin Olimpiya hazırlığı olduğunu deyərək əldə olunan nəticələrin bu yolda mühüm mərhələ olduğunu bildirib.
Mənbə: TRT Sports
Tərcümə etdi: Fəqan Nurullazadə
