Bu gün:

İcbari tibbi sığorta səhiyyədə əlçatanlığı artırır


İcbari tibbi sığorta sistemi Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən ən mühüm yeniliklərdən biri kimi qiymətləndirilir. Bu model sayəsində vətəndaşların tibbi xidmətlərə çıxışı genişlənib və səhiyyə xidmətlərinin əlçatanlığı əhəmiyyətli dərəcədə artıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, hazırda bu sahədə genişmiqyaslı islahatlar davam etdirilir. Onun sözlərinə görə, tətbiq olunan yeniliklər yaxın gələcəkdə bütün əhali üçün daha faydalı nəticələr verəcək.

Deputat qeyd edib ki, icbari tibbi sığorta bir çox hallarda vətəndaşların səhiyyə xərclərini tam və ya böyük hissəsini qarşılayır. Bu isə tibbi xidmətlərin daha əlçatan olmasına şərait yaradır və sistemin gələcəkdə daha şəffaf və effektiv fəaliyyət göstərəcəyinə ümidləri artırır.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et