Bu gün:

ABŞ İran neftinin satışı üçün müvəqqəti lisenziyanın yenilənməyəcəyini açıqlayıb


ABŞ Maliyyə Nazirliyi dənizdə saxlanılan İran neftinin satışına icazə verən müvəqqəti lisenziyanın müddəti bitdikdən sonra yenilənməyəcəyini açıqlayıb.

ABŞ və İranın dövlət bayraqları


ABŞ Maliyyə Nazirliyi məsələ ilə bağlı sosial media hesabından açıqlama verib.


Açıqlamada vurğulanıb ki, Departament “İqtisadi qəzəb” çərçivəsində qəti addımlar ataraq İrana maksimum təzyiq göstərməyə davam edir.


Açıqlamada, Departamentin mövcud olan bütün vasitə və səlahiyyətlərdən maksimum dərəcədə istifadə etdiyi və İranın fəaliyyətlərini dəstəkləməyə davam edən xarici maliyyə qurumlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazır olduğu vurğulanıb.


Departament tərəfindən verilən lisenziya martın 20-də yerli vaxtla saat 00:01-dən əvvəl gəmilərə yüklənmiş İran xam neftinin və neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması ilə bağlı əməliyyatlara müvəqqəti icazə verib. Bu lisenziyanın aprelin 19-u yerli vaxtla saat 00:01-dək qüvvədə olacağı bildirilib.


Mənbə: Trt Xəbər


Tərcümə etdi: Nəzrin Nəsirova

Paylaş
Şərh əlavə et