Bu gün:

İran müharibəsi davam edərsə qlobal iqtisadiyyat resessiya riski ilə üz-üzə qalacaq


Beynəlxalq Valyuta Fondu (IMF) xəbərdarlıq edib ki, ABŞ–İsrail ilə İran arasında müharibə uzanarsa və enerji qiymətləri yüksək qalarsa, qlobal iqtisadiyyat ciddi zəifləyə bilər. Fondun hesabatına görə, ən pis ssenaridə 2026-cı ildə qlobal artım 2%-dən aşağı düşə bilər ki, bu da resessiya kimi qiymətləndirilib.

IMF bildirir ki, neft, qaz və ərzaq qiymətlərinin artması inflyasiyanı artırıb, bu isə mərkəzi bankları faiz dərəcələrini yüksəltməyə məcbur edib. Nəticədə iqtisadi aktivlik zəifləyib, işsizlik riski yüksəlib və əhali üçün vəziyyət daha da çətinləşib.

Müharibə səbəbindən Hörmüz boğazının bağlanması enerji qiymətlərini artırıb və qlobal bazarlara təsir edib. Neftin qiyməti bir ara 120 dollara yaxınlaşıb, lakin sonradan müəyyən qədər enib. Münaqişə qısa müddətdə başa çatsa, enerji ixracı normallaşıb və iqtisadi artımın bərpa olunacağı gözlənilib.

IMF-in proqnozlarına görə, bəzi ölkələr daha çox zərər görüb. İran iqtisadiyyatı daralıb, Qətər və İraq kimi ölkələrdə də geriləmə qeydə alınıb. Eyni zamanda bəzi ölkələr, o cümlədən Rusiya, enerji qiymətlərinin artımından faydalanıb.

Ümumilikdə, qlobal iqtisadiyyatın gələcəyi müharibənin gedişindən asılı olub. Enerji bazarında sabitlik bərpa olunmazsa, dünya iqtisadiyyatında ciddi zəifləmə və resessiya riski artıb.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva


Paylaş
Şərh əlavə et