Bu gün:

Süni intellekt və Generativ texnologiyaların inkişafı


Süni intellekt (AI) kompüterlərə və maşınlara insanın öyrənmə, anlama, problem həll etmə, qərar vermə, yaradıcılıq və muxtariyyət kimi qabiliyyətlərini simulyasiya etməyə imkan verən texnologiyadır.

Süni intellektlə təchiz olunmuş proqramlar və qurğular obyektləri tanıya və müəyyən edə bilir. Onlar insan dilini başa düşür və ona uyğun cavab verə bilirlər. Eyni zamanda yeni məlumat və təcrübələrdən öyrənir, istifadəçilərə və mütəxəssislərə ətraflı tövsiyələr təqdim edirlər. Bəzi hallarda isə müstəqil şəkildə fəaliyyət göstərə, insan müdaxiləsinə olan ehtiyacı azalda və ya tamamilə əvəz edə bilirlər (klassik nümunə kimi özü idarə olunan avtomobilləri göstərmək olar).


Lakin 2024-cü ildə süni intellekt sahəsində diqqətin böyük hissəsi orijinal mətn, şəkil, video və digər məzmun yarada bilən generativ süni intellekt (generativ AI və ya gen AI) texnologiyalarına yönəlmişdir. Generativ Aİ-ni tam başa düşmək üçün isə onun əsasını təşkil edən texnologiyaları, maşın öyrənməsi (ML) və dərin öyrənməni, anlamaq vacibdir.

https://www.ibm.com/think/topics/artificial-intelligence

Mənbə: ibm com 

Tərcümə edən: Aişə Əlizadə 

Paylaş
Şərh əlavə et