Bu gün:

Futbolçu Kristian Romeronun mövsümü başa vura bilməyəcəyi bildirilib


"Tottenhem" klubunun kapitanı Kristian Romeronun dizindən aldığı ağır zədə səbəbindən mövsümün qalan hissəsində oyunlarda iştirak edə bilməyəcəyi klub tərəfindən bildirilib.

Kristian Romeronun zədə aldıqdan dərhal sonrakı görüntüsü

24media.az "BBC-Sports"a istinadən bildirir ki, 27 yaşlı argentinalı müdafiəçi bazar günü "Sanderlend"ə qarşı keçirilən və 1-0 hesabı ilə məğlubiyyətlə başa çatan matçda qapıçı Antonin Kinski ilə toqquşaraq zədə alıb. Müayinələrdən sonra məlum olub ki, oyunçunun daxili çarpaz bağlarında ciddi yırtıq aşkarlanıb.

Romeronun meydanlardan ən azı səkkiz həftə uzaq qalacağı gözlənilir. Eyni zamanda, təcrübəli müdafiəçinin yayda keçiriləcək Dünya Çempionatında Argentina millisinin heyətində iştirakı da sual altına düşüb.

Yeni təyin olunmuş baş məşqçi Roberto de Zerbi kapitanın yoxluğunu böyük itki kimi qiymətləndirib. Hazırda turnir cədvəlində 18-ci pillədə qərarlaşan və "Vest Hem"dən iki xal geri qalan "Spurs" üçün bu xəbər vəziyyəti daha da qəlizləşdirib.


Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et