Macarıstanda keçirilən parlament seçkilərində ölkəni ardıcıl 16 il idarə edən Baş nazir Viktor Orban seçkilərdə məğlub olaraq hakimiyyəti itirib. Müxalifətin lideri, 45 yaşlı Peter Maqyar seçkilərin qalibi elan olunub.
Vətəndaşlar sevinc hissi ilə küçələrə axışıb
Belə ki, Orban istefa verməyəcəyini bildirərək, siyasi mübarizəni davam etdirəcəklərini deyib: “Biz təslim olmuruq, yaralarımızı sağaldacağıq”.
Eyni zamanda, Peter Maqyarın rəhbərlik etdiyi Tisza Partiyasının parlamentdə konstitusiya dəyişiklikləri üçün tələb olunan üçdə iki çoxluğu əldə edəcəyi proqnozlaşdırılır. Maqyar kampaniya dövründə Baş nazirlik müddətinin iki dönəmlə, yəni səkkiz illə məhdudlaşdırılacağını vəd edib. Bu vədin həyata keçməsi halında Viktor Orbanın gələcəkdə yenidən hakimiyyətə qayıtması qeyri-mümkün olacaq.
İlkin nəticələrə əsasən, Tisza 138 mandat qazanıb, Orbanın partiyası Fidesz isə 55 yer əldə edib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
