Bu gün:

“Tottenhem” Robertsonun transferi üçün danışıqları sürətləndirir


İngiltərə Premyer Liqasında yay transfer mərhələsi hələ başlamamış "Totenham" klubundan Endi Robertsonun transferi üçün tərəflər arasındakı danışıqların irəli mərhələyə çatdığı bildirilib.

Endi Robertsonun "Liverpul" formasında oyun zamanı gərgin və diqqətli anı

24media.az "BBC-Sports"a istinadən bildirir ki, tərəflər arasında danışıqlar artıq irəli mərhələyə keçib. Daha əvvəl 32 yaşlı sol cinah müdafiəçisi ötən həftə verdiyi açıqlama ilə müqavilə müddəti bitdikdən sonra 9 ildir formasını geyindiyi "Enfild"i tərk edəcəyini rəsmən təsdiqləyib. "Spurs" rəhbərliyi isə azad agent statusu alacaq oyunçunu heyətinə qatmaqda israrlıdır.

Bildirilib ki, "Tottenhem"in baş məşqçisi Roberto de Zerbi komandada liderlik keyfiyyətləri olan təcrübəli simalar görmək istəyir və Robertson bu planın mərkəzində dayanır. Lakin bu transferin reallaşması "Tottenhem"in Premyer Liqada qalıb-qalmayacağından birbaşa asılıdır. Hazırda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşan London təmsilçisi ciddi bir sınaq qarşısındadır.

Klubdakı gərginliyi artıran digər bir xəbər isə kapitan Kristian Romeronun zədələnməsidir. "Sanderlend"lə oyunda dizindən zədə alan argentinalı müdafiəçinin mövsümü vaxtından əvvəl bitirdiyi və hətta qarşıdakı Dünya Çempionatını qaçıra biləcəyi qeyd olunur.

Bu proseslər "Tottenhem"in həm liqada qalma mübarizəsinə, həm də yay transfer planlarına böyük təsir göstərəcək.


Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et