ABŞ prezidenti Donald Trump özünü İsa Məsihə bənzədən süni intellekt görüntüsünü paylaşdıqdan sonra sərt tənqidlərə məruz qalıb və paylaşımı silib.

ABŞ prezidenti Donald Trump sosial şəbəkə platforması Truth Social-da süni intellekt vasitəsilə hazırlanmış bir görüntü paylaşıb. Həmin görüntüdə o, İsa Məsihə bənzər formada təsvir olunub, əllərindən yayılan ilahi işıqla xəstəxana çarpayısında uzanan bir şəxsi sağaldırmış kimi göstərilib, arxa planda isə “cəhənnəm iblisi”ni xatırladan fiqur yer alıb.
Paylaşım xüsusilə prezidentin mühafizəkar xristian tərəfdarları arasında ciddi narazılıq doğurub. Onların bir çoxu bu addımı “iyrənc” adlandırıb, uzun müddətdir müxtəlif qalmaqallarda Trampı müdafiə edən bəzi tanınmış tərəfdarlar belə bu dəfə sərt reaksiya verib.
Məlumata görə, Tramp bundan az əvvəl Medicaid proqramının zəiflədilməsi nəticəsində təxminən 12 milyon amerikalının tibbi sığortadan kənarda qalmasına səbəb olacaq qanunvericiliyi imzalayıb. Bu addım da ictimai müzakirələrə səbəb olub.
Artan tənqidlər fonunda prezident mübahisəli paylaşımı silib, lakin məsələ ictimai və siyasi dairələrdə geniş rezonans doğurmaqda davam edib.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
