Bu gün:

Britni Spirs reabilitasiyaya yerləşdirilib


Britni Spirs spirtli içki və narkotik təsiri altında avtomobil idarə etmək şübhəsi ilə saxlanıldıqdan təxminən bir ay sonra könüllü şəkildə reabilitasiya mərkəzinə yerləşdirilib.

Martın 4-də baş verən hadisə zamanı Britni Spirsin yüksək sürətlə və qeyri-sabit şəkildə avtomobil idarə etdiyi bildirilib. Polis onu saxladıqdan sonra onda sərxoşluq əlamətləri müşahidə olunub və yoxlamalardan keçirilib.

Müğənninin nümayəndəsi hadisəni “tamamilə bağışlanmaz” adlandırıb və bildirib ki, bu vəziyyətdən çıxmaq üçün vacib addımlar atılır. Britni Spirs gələn ay Kaliforniyada məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, Britni Spirs dünya miqyasında ən məşhur pop ulduzlardan biridir. O, uzun illər qəyyumluq sistemi altında olub və bu sistem 2021-ci ildə ləğv edilib.

Hazırda isə sənətçi həyatında müsbət dəyişikliklər etmək və lazımi dəstəyi almaq üçün müalicə prosesinə başlayıb.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva



Paylaş
Şərh əlavə et