Bu gün:

İslamabadda İran–ABŞ danışıqları nəticəsiz başa çatıb


Pakistanın paytaxtı İslamabadda İran və ABŞ arasında keçirilən danışıqlar razılaşma olmadan başa çatıb. Görüş təxminən 21 saat davam edib və əsas müzakirə mövzuları mühüm siyasi məsələlər olub. Tərəflər ortaq mövqe tapmaqda çətinlik çəkiblər.

Müzakirələr zamanı xüsusilə Hörmüz boğazı və nüvə materiallarının ölkə xaricinə çıxarılması məsələlərində fikir ayrılığı yaranıb. İran tərəfi ABŞ-nin  irəli sürdüyü tələblərin həddindən artıq olduğunu bildirib. ABŞ rəsmiləri isə danışıqların nəticəsiz başa çatdığını açıq şəkildə təsdiqləyiblər. ABŞ vitse-prezidenti JD Vance razılaşma əldə olunmadan ölkəsinə qayıtdıqlarını açıqlayıb. O, bu vəziyyətin daha çox İran üçün mənfi nəticə doğuracağını vurğulayıb. Beləliklə, tərəflər arasında danışıqlar hələlik konkret nəticə verməyib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova


Paylaş
Şərh əlavə et