Ukrayna və Rusiya arasında razılaşdırılan Pasxa atəşkəsi qüvvəyə mindikdən cəmi 38 dəqiqə sonra Xarkiv bölgəsində hava həyəcan siqnalları səslənib. 
Bildirilən məlumata əsasən, cəbhə xətti boyunca bir neçə pozuntu qeydə alınsa da, uzaqmənzilli raket və dron hücumları müşahidə olunmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Pasxa sülh və təhlükəsizlik vaxtı olmalıdır, lakin Rusiya tərəfinin addımlarına adekvat cavab veriləcək. Yerli sakinlər isə bu cür razılaşmalara inamın aşağı olduğunu qeyd edirlər.
Bölgədə müharibənin təsirləri davam edir. Dağıntılar və itkilər fonunda əhali qısa müddətli atəşkəs deyil, davamlı sülhün təmin olunmasını istəyir.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
