ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla müharibəni dayandırmaq üçün aparılan danışıqlara rəhbərlik etməyi tapşırıb.
ABŞ vitse-prezidenti Cey Di Vens
Vens İslamabadda keçirilən görüşlərdə ABŞ nümayəndə heyətinə rəhbərlik edib. Onun qarşısında duran əsas vəzifə İran, İsrail və Avropa müttəfiqləri arasında ortaq razılaşma əldə etmək olub. Müharibədən sonra tərəflər arasında etimadsızlıq yüksək səviyyədə qalıb.
Bu missiya Vens üçün böyük risk yaradıb. Belə ki, danışıqlar uğursuz olsa, onun siyasi nüfuzuna zərər dəyə bilər. Eyni zamanda, o həm Trampın dəyişkən mövqeyi, həm də daxildəki siyasi təzyiqlərlə üzləşib.
Mütəxəssislər bildirir ki, Vens həm müvəqqəti atəşkəsi qorumağa, həm də uzunmüddətli sülh razılaşmasına nail olmağa çalışıb. Lakin bu proses həm siyasi, həm də texniki baxımdan olduqca mürəkkəb olub.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
