ABŞ vitse-prezidenti Cey Di Vens Pakistan səfərinə başlamazdan əvvəl İranla aparılan vasitəçilik danışıqlarına dair sərt açıqlama verib.
ABŞ vitse-prezidenti Cey Di Vens
Vens bildirib ki, Vaşinqton qarşı tərəfdən yaxşı niyyət gözləyir və ABŞ nümayəndə heyətini aldatmaq cəhdlərinin cavabsız qalmayacağını vurğulayıb.
İran və ABŞ arasında mövcud olan şərti atəşkəs, İranın Livana yönəlmiş son hücumlarından sonra həssaslıq mərhələsinə keçib. Bu şəraitdə tərəflərin həftəsonu İslamabadda birbaşa danışıqlar aparacağı gözlənilir.
ABŞ Prezidenti Donald Tramp isə məsələ ilə bağlı açıqlamasında, sülh danışıqlarının uğursuz ola biləcəyi ehtimalına qarşı ABŞ hərbi gəmilərinin ən yaxşı silahlarla təchiz edildiyini söyləyib. Tramp 10 apreldə “New York Post”a verdiyi müsahibədə danışıqların nəticəsinin “təxminən 24 saat ərzində bilinəcəyini” qeyd edib.
Danışıqların şənbə günü Pakistanda keçirilməsi planlaşdırılır. Vens Vaşinqtondan yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında prosesin müsbət nəticələnəcəyinə ümid etdiyini deyib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
