ABŞ-nin birinci xanımı Malenya Tramp mərhum iş adamı Ceffri Epşteyn ilə əlaqəsi barədə yayılan iddiaları qəti şəkildə təkzib edib və bu cür məlumatların yayılmasına son qoyulmasını tələb edib.
Malenya Tramp Ceffri Epşteyn ilə bağlı açıqlama verərkən - 9 aprel 2026
24Media.az "A.Newz"a istinadən bildirir ki, Vaşinqtonda Ağ Evdə çıxış edən Malenya Tramp bildirib ki, onun Ceffri Epşteyn ilə heç bir əlaqəsi olmayıb və o, heç vaxt bu işlə bağlı hallarda iştirak etməyib. O, bəzi media qurumlarında və sosial şəbəkələrdə yayılan şayiələrə münasibət bildirərək bu iddiaların əsassız olduğunu vurğulayıb.
Birinci xanım, həmçinin Epsteynin onu həyat yoldaşı Donald Tramp ilə tanış etdiyi barədə iddiaları da rədd edib. Onun sözlərinə görə, o və Donald Tramp ilk dəfə 1998-ci ildə Nyu-Yorkda keçirilən bir tədbirdə tanış olublar. Malenya qeyd edib ki, Epşteyn ilə isə 2000-ci ildə ayrı bir tədbirdə qısa şəkildə yolları kəsişib.
Malenya bu açıqlamaları uzun müddətdir müzakirə olunan Epşteyn işi ətrafında yenidən diqqətin artmasına səbəb olub. Bu iş ABŞ-də həm siyasi, həm də ictimai səviyyədə geniş müzakirələr doğurmağa davam edir.
Xatırladaq ki, Ceffri Epşteyn 2008-ci ildə azyaşlıların cəlb olunması ilə bağlı cinayətlərə görə məhkum olunub. Daha sonra isə ona qarşı insan alveri ittihamları irəli sürülüb. Epşteyn 2019-cu ildə həbsdə olarkən həyatını itirib və bu ölüm rəsmi olaraq intihar kimi qiymətləndirilib.
Şehrin Musayeva
