Kiprin “Afrodita” dəniz qaz yatağı üzrə Misir tərəfi ilə təbii qaz tədarükü haqqında saziş imzalanıb.

Saziş 15 il qüvvədə olacaq və tərəflərin razılığı ilə daha 5 il müddətinə uzadıla bilər.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, yataqdan çıxarılacaq bütün qaz həcmlərinin Misirin “EGAS” şirkətinə satılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən ay Misir və Kipr arasında qaz sahəsində əməkdaşlıq üzrə çərçivə sazişi də imzalanıb.
Piranə Xasiyeva
