Sir Keir Starmer ABŞ və İranın iki həftəlik atəşkəs barədə razılığa gəlməsindən sonra Körfəz müttəfiqlərinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanına gedib.
Böyük Britaniyanın Baş naziri Keir Starmer
24media.az “BBC News” saytına istinadən xəbər verir ki, Baş nazirin "atəşkəsi dəstəkləmək və qorumaq üçün diplomatik səyləri müzakirə edəcəyi" gözlənilir. O, cümə günü Böyük Britaniyaya qayıdacaq.
Atəşkəs Donald Trampın İranın müharibəni dayandırmayacağı və Hörmüz boğazını açmayacağı təqdirdə "bütöv bir sivilizasiyanın yox olacağı" ilə hədələməsindən sonra əldə olunub.
Danışıqların əsas mövzusu atəşkəsi qalıcı etmək və dünya ticarəti üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazını yenidən gəmilərin hərəkəti üçün açmaqdır.
Nərmin Nəcəfova
