Bu gün:

Yaxın Şərqdə atəşkəsdən sonra Hörmüz boğazına keçid məhdud vəziyyətdə qalıb


ABŞ və İran arasında əldə olunmuş iki həftəlik şərti atəşkəsə baxmayaraq, ekspertlər Hörmüz boğazında gəmi hərəkətinin ciddi şəkildə artmayacağından əlavə, tranzit üçün yenə də Tehranın icazəsinin əsas şərt olaraq qalacağını vurğulayıblar.

Ticarət gəmiləri

Gəmiçilik sahəsinin analitikləri qeyd edib ki, atəşkəs razılaşması regiondakı nəqliyyat dinamikasını köklü şəkildə dəyişməyib. Onların fikrincə, boğazdan keçmək istəyən gəmilər əvvəlki kimi İranın razılığını almağa məcbur qalıb.


Tehran rəsmiləri bildiriblər ki, silahlı qüvvələrlə koordinasiya şəraitində təhlükəsiz keçid təmin olunacaq, lakin sahil mühafizə qüvvələri xəbərdarlıq edərək icazəsiz hərəkət edən gəmilərin “hədəfə alınaraq məhv ediləcəyini” açıqlayıb.


Daha sonra İranın Fars xəbər agentliyi məlumat yayıb ki, İsrailin Livana qarşı yeni hücum dalğası “atəşkəsin pozulması” kimi qiymətləndirildiyi üçün boğazdan keçən tanker gəmiləri saxlanılıb.


“Lloyd’s List Intelligence” məlumat platformasının baş redaktoru Riçard Mid bildirib ki, atəşkəs razılaşması faktiki vəziyyəti dəyişməyib. Onun sözlərinə görə, “İran hələ də nəzarəti əlində saxlayıb, bu isə o deməkdir ki, gəmilər keçid üçün icazə almağa davam edib”. O əlavə edib ki, “icazə yoxdursa, tranzit də mümkün olmayıb”.


Ekspertlər hesab edir ki, bu səbəbdən yaxın müddətdə Hörmüz boğazında kütləvi gəmi axını gözlənilməyib və mövcud məhdudiyyətlər qüvvədə qalıb.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et