İran müharibəsində əldə olunan atəşkəs qlobal iqtisadiyyat üçün müsbət hadisə kimi sayılsa da, onun təsirləri hələ də davam edib. Son həftələrdə Hörmüz boğazında yaranan böhran dünya üzrə neft və qaz daşımalarına ciddi maneə yaradıb.
Hörmüz boğazında üzən ticarət gəmisi
Bu vəziyyət yanacaq qiymətlərinin artmasına, aviabilet qiymətlərinin bahalaşmasına və kredit faizlərinin yüksəlməsinə səbəb olub. Eyni zamanda, sənaye üçün vacib olan yanacaq, gübrə xammalı və digər məhsulların tədarükündə çətinliklər yaranıb.
Atəşkəsdən sonra bazarlarda müəyyən sabitlik müşahidə olunsa da, vəziyyət tam aydın deyil. Boğazda gəmilərin sərbəst hərəkət edib-etməyəcəyi və tərəflər arasında real danışıqların baş tutub-tutmayacağı əsas suallar olaraq qalır.
Bundan əlavə, müharibə regionda yeni iqtisadi vəziyyət yaradıb. İran strateji keçid üzərində təsir imkanlarını artıraraq qlobal iqtisadiyyatda rolunu gücləndirib.
Ekspertlərin fikrincə, atəşkəs davamlı olarsa, inflyasiya və faizlər azala bilər. Lakin enerji istehsalına dəyən ziyan və geosiyasi risklər səbəbindən qlobal iqtisadiyyata təsirlər uzun müddət hiss olunmağa davam edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
