Bu gün:

Qatar: İran raketləri zamanı 4 nəfər yaralınıb


Qatarda  müdafiə sistemləri İrandan atılan raketlərə qarşı fəaliyyət göstərib. Müdaxilə zamanı baş verən hadisə nəticəsində paytaxt Dohada xəsarət alanlar olub. Rəsmi qurumlar hadisə ilə bağlı açıqlama verib.

Raketlərin qarşısı hava müdafiə sistemləri tərəfindən alınsa da, şrapnel qalıqları yaşayış evinə düşüb. Hadisə nəticəsində, aralarında bir uşağın da olduğu 4 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Əraziyə dəyən ziyanın məhdud olduğu və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilib. Səlahiyyətli qurumlar vəziyyətin nəzarət altında olduğunu vurğulayıb. Vətəndaşlara rəsmi qaydalara əməl etmək və hadisə yerlərindən uzaq durmaq tövsiyə olunub. Həmçinin, şübhəli əşyalar barədə dərhal aidiyyəti orqanlara məlumat verilməsi istənilib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova

Paylaş
Şərh əlavə et